Bakıda, Dənizkənarı Milli Parkda suda batma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.
Qeyd olub ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar yerinhadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.
Dalğıcların keçirdiyi operativ xilasetmə əməliyyatı nəticəsində 1961-ci il təvəllüdlü İlqar Qəzənfər oğlu Hacıyev Dənizkənarı Bulvar İdarəsinin Mühafizə Xidmətinin əməkdaşının iştirakı ilə xilas olunub.