Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xəzər dənizində görüntülənən "nəhəng canlı" nədir? - Reallıq, ya fantastika?
Bu gün səhərdən etibarən Bakı bulvarı ərazisində, Xəzər dənizinin sahilində 16 metr uzunluğunda hiperreal ölçüdə olan bir kaşalot özünü sahilə vurub.
Oxu.Az xəbər verir ki, COP29 zirvə toplantısının keçirildiyi müddətdə bu sənət əsəri ətraf mühit və dənizlərin, su hövzələrinin mühafizəsinin vacibliyi haqqında böyük mesaj çatdırır.
Səhər saatlarından Balina instalyasiyası yüzlərlə şəhər sakini və qonaqların diqqətini cəlb edib. Belçikada fəaliyyət göstərən "Captain Boomer Collective" tərəfindən yaradılan bu instalyasiya reallıqla fantastikanı ehtiva edir. 2008-ci ildən bəri Balina London, Paris, Varşava, Adelaide və Madrid kimi böyük şəhərlərdə təqdim edilib. Lakin COP29 konfransının əhatəli və emosional kontekstində bu təqdimat ilk dəfə baş tutur.
"Captain Boomer Collective" FINS təşəbbüsü tərəfindən Bakıya dəvət olunub. Bu tədbirin tərkibinə panel müzakirələr, film nümayişləri, təqdimatlar və iki foto sərgi keçirilir. Onlardan biri COP29-un Yaşıl Zonasında, FINS təşəbbüsünün pavilyonunda, digəri isə açıq havada - Bakı bulvarında keçirilən sərgidir. Bu tədbirlər dərin dəniz hasilatı və Norveçdə balina ovu, Farer adalarında delfin ovları, ildə 100 milyondan çox köpəkbalığının qanadlarının kəsilməsi və digər kritik məsələlər kimi dəniz həyatı üçün təhlükə yaradan aktual problemlərə həsr olunub. Balina instalyasiyasının daha dərin müzakirələrə səbəb olacağına və mesajımızın daha geniş auditoriyaya çatacağına inanırıq.
Xəzər dənizinin sahilində görüntülənən və müzakirələrə səbəb olan maket bundan əvvəl 2022-ci ildə Fransanın Bordo şəhərində Qaronna çayının sahilində görüntülənib.
Oxu.Az xəbər verir ki, təbii ölçüdə sahilə düşmüş kaşalot heykəli kəskin ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyıb.
Belçika incəsənət kollektivi "Captain Boomer" tərəfindən hazırlanan qeyri-adi sənət instalyasiyası heyrətamiz reallıqla hazırlanıb. Rəssamlar heyvanın başının xarakterik forması, dərisindəki qırışlar və hətta dişləri də daxil olmaqla anatomik xüsusiyyətlərini dəqiqliklə yaradıblar.
Kaşalotlar dünya okeanında rast gəlinən ən böyük dişli balinalar hesab olunurlar. Möhtəşəm ölçülərinə baxmayaraq, bu əzəmətli məxluqlar su çirklənməsi, gəmilərlə toqquşma, balıqçılıq torlarına dolaşma və digər antropogen amillər səbəbindən nəsli kəsilmək təhlükəsi altındadır.
Onu da qeyd edək ki, "Captain Boomer" daha əvvəl London, Paris və digər şəhərlərdə "sahilə atılmış balinalar" kimi oxşar heykəllər nümayiş etdirib və hər dəfə ictimaiyyət arasında böyük rezonans yaradıb.
Bakı bulvarının ləpədöyənində nəhəng canlı tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb.
Əzizə İsmayılova