Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ölkənin əsas magistral yollarından birində təmir işlərinə başlanılır
Avqustun 5-dən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-125-ci km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məlumata görə, sözügedən işlərin icrası bu gün saat 14:00-dan başlayaraq avqustun 11-də saat 18:00-dək davam edəcək.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
"Yol təmiri" teqi üzrə xəbərlər
- Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlanıb
- Paytaxtın ən böyük prospektlərindən birində sıxlığa səbəb olan təmir işləri nə zaman bitəcək?
- Bakıda bir istiqamətdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilir
- Sürücüləri çətin vəziyyətdə qoyan yol: "Arakəsmə var, YOL NİŞANLARI YOXDUR"
- BDYPİ paytaxtdan Quba istiqamətində gedən sürücülərə xəbərdarlıq edib