Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt yolunda baş verən zəncirvari qəza barədə açıqlama verib.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün 16 radələrində Bakı- Qazax- Gürcüstan avtomobil yolunun 70-ci kilometrliyində iki nəqliyyat vasitəsi toqquşub:
“Hadisə nəticəsində sıxlıq yaranıb. Daha sonra zəncirvari qəza baş verib və ümumilikdə 10-a yaxın nəqliyyat vasitəsi toqquşub. Hazırda əraziyə əməkdaşlarımız cəlb olunublar. Avtomobillərin təhlükəsiz hərəkəti bərpa olunub”.
17:42
Bakı-Ələt yolunda “Nissan” və “Hyundai” markalı minik avtomobillərinin iştirakı ilə zəncirvari qəza baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər digər sürücülər tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
Hadisə nəticəsində sözügedən ərazidə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, sözügedən qəza Bakı-Ələt yolunda tıxaca səbəb olub.
İlhamə Əbülfət