Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Rufulla Xeyrulla oğlu Baxşıyev vəfat edib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Xatırladaq ki, iyulun 4-də Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində məhkum Azad Müseyib oğlu İsmayılov xəstəlikdən vəfat etmişdi.
Rəylər