Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb.
Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib.
O bildirib ki, nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb:
“Nasazlığın səbəbləri araşdırılır. Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib”.
İlhamə Əbülfət
Rəylər