Bakı-İstanbul (Atatürk hava limanı) istiqaməti üzrə uçan təyyarədə texniki nasazlıq baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, saat 20:22 radələrində yola salınan təyyarədə baş verən nasazlıq az müddət sonra hava gəmisinin Heydər Əliyev adına hava limanında məcburi eniş etməsinə səbəb olub.
Bundan başqa, təyyarədəki sərnişinlər təxliyyə edilib.
“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) texniki nasazlığın səbəblərini və hadisənin digər detallarını dəqiqləşdirmək mümkün olmayıb.