Bəzi ölkələrdə müəllimlərin xüsusi geyim forması var. Azərbaycanda da müəllimlərin vahid geyim formasına keçidi ilə bağlı tez-tez təkliflər səsləndirilir. Hələlik müəllimlərə belə bir məcburiyyət tətbiq olunmayıb, amma Bakıdakı bir sıra orta məktəblərdə pedaqoqlar artıq vahid geyim formasına keçiblər.
Bəzi paytaxt məktəblərində müəllimlərin vahid geyim formasına keçdiyini Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də Modern.az saytına təsdiqləyiblər.
“Vahid məktəbli formasına keçid günün əhəmiyyətinə görə, heç də geri qalmayan bir məsələni - müəllimlərin geyimini gündəmə gətirib. Bu gün artıq Bakı məktəblərində müəllimlərin geyimi nə şagirdlərdə, nə valideynlərdə, nə də ictimaiyyətin digər nümayəndələrində narazılıq yarada biləcək tərzdədir. Hətta bəzi müəllimlər təşəbbüsü dəstəkləməklə kifayətlənməyib, vahid geyimə keçidin təşkili ilə bağlı təkliflərlə də çıxış edib. Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20-dən artıq məktəbdə müəllimlər üçün vahid geyim müəyyən edilib və müəllimlər bu geyimlərin müəyyənləşdirilməsində tam sərbəstdirlər”.
Bu fikirləri Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər.
Qeyd edilib ki, hazırda Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində 30 min 279 müəllim fəaliyyət göstərir.
www.modern.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin