Bakı metrosunda əlillər üçün xüsusi lift və hərəkət zolaqları quraşdırırlar, əsasən də hələ tikilməkdə olan “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında.
“Bakı metropoliteninin tikilməkdə olan stansiyalarında əlillər üçün xüsusi liftlər, nisbətən dərinlikdə yerləşən mövcud stansiyalarda isə onlar üçün xüsusi hərəkət zolaqları quraşdırılır”.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə “Bakı metropoliteni” QSC ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə hal-hazırda əlil sərnişinlər metrodan istifadə edə bilmirlər. Bakı metropolitenində bunun üçün müvafiq infrastruktur yoxdur, əlil arabalarının istifadəsi üçün imkan da yoxdur. Metropolitenin rəhbərliyinin göstərişi ilə bu sahədə iş aparılır.
N.Paşayevin dediyinə görə, nisbətən dərinlikdə yerləşən bəzi metro stansiyalarında liftlərin quraşdırılması mümkün deyil, çünki bunun üçün yer yoxdur. Həmçinin bu stansiyalarda xüsusi hərəkət zolaqlarının yaradılması üçün də imkan yoxdur, orada eskalatorlar mövcuddur. Amma çıxış üçün eskalator deyil pilləkənlərdən istifadə edilən metro stansiyalarında xüsusi hərəkət zolaqlarının yaradılması mümkündür.