Bu gün metronun “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın qapıları açıq qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Qafqazinfo-ya sərnişinlər məlumat verib. Qatarın qapısının hansı səbəbdən açıq qalması barədə onlara məlumat verilməyib.
Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məsələ ilə bağlı açıqlama verib.
O bildirib ki, hadisə 15:50-də baş verib:
“11 saylı marşrutun qapılarında nasazlıq yaranıb. Qatar Nərimanov stansiyasından depoya göndərilib. Onun yerinə xəttə yeni qatar buraxılıb və qrafikdə gecikmə qeydə alınmayıb”.