Bu gün Bakı metrosunda texniki nasazlıq baş verib.
Oxu.Az-ın Lent.Az-a istinadən xəbər verir ki, saat 12 radələrində Nərimanov metro-stansiyasında qatar 25 dəqiqə yubanıb.
Bundan sonra vaqonlarda olan sərnişinlər platformaya çıxarılıb və qatar qoşqu vasitəsi ilə depoya göndərilib.
Xəttə əlavə qatar buraxılıb və normal hərəkət bərpa edilib.