Metronun Elmlər Akademiyası stansiyasında intihara cəhd hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, stansiyada orta yaşlı bir şəxs özünü qatarın altına atmaq istəyib. O, qatar stansiyaya yaxınlaşmamışdan özünü relslərin üzərinə atıb. Bələdçilərin cəld işarəsindən sonra stansiyaya yaxınlaşan qatar tuneldə dayana bilib.
Bununla da faciənin qarşısı alınıb. Metropolitenin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev axar.az-a açıqlamasında faktı təsdiqlədi.
Onun sözlərinə görə, bələdçilərin müdaxiləsi nəticəsində faciənin qarşısı alınıb:
“Özünün dediyinə görə, alacağı olduğu üçün intihara cəhd edib. Şəxsin vəziyyəti normaldır. Hadisə ilə əlaqədar qatarların hərəkətində heç bir fasilə yaranmayıb. Artıq intihara cəhd edən şəxs metropoliten işçiləri tərəfindən polisə təhvil verilib”.