Saat 10:25 radələrində metronun “Koroğlu” stansiyasında qatarın hərəkəti dayandırılıb.
Oxu.Az Movqe.az-a istinadən xəbər verir ki, 9 dəqiqəlik fasilədən sonra hərəkət yenidən bərpa edilib. Növbəti qatarın gəlişi arasında intervalın 7 dəqiqə çəkməsi nəticəsində metronun “Koroğlu” stansiyasında sıxlıq yaranıb.
7 dəqiqədən sonra növbəti qatar gəlsə də, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, yaranmış fasiləyə səbəb qatarda kənar səsin eşidilməsi olub:
“Qırmızı xətt üzrə hərəkət edən qatar “Həzi Aslanov”dan yenicə hərəkət edəndə kənar səs eşidilib. Təhlükəsizlik baxımından qatarın hərəkəti “Əhmədli” stansiyasında dayandırılıb və sərnişinlər vaqondan boşaldılıb. Ümumilikdə qatarın hərəkət qrafikində 9 dəqiqə gecikmə olub. Qatar baxış üçün depoya göndərilib”.