Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakı metrosunda nasazlıq yarandı, qatarlar yubandı - YENİLƏNİB + VİDEO
“Bakı Metropoliteni” QSC metroda baş verən nasazlığa münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında qeyd edib ki, nasazlıq “Nəriman Nərimanov - Ulduz” mənzilində hərəkəti tənzimləyən işıqforun işini təmin edən sxemdə baş verib:
“Nəticədə, bəzi qatarlar arasında interval yubanması iki-üç dəqiqə çəkib”.

11:26
Bakı metrosunda texniki nasazlıq baş verib.
Metro istifadəçiləri Oxu.Az-a bildirib ki, nasazlıq metronun müxtəlif stansiyalarında qeydə alınıb.
Bildirilir ki, qatar “Gənclik” stansiyasından “Nəriman Nərimanov” stansiyasına 25 dəqiqə ərzində çatıb.
İlhamə Əbülfət