Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakı metrosunda ölüm
Bakı metrosunda sərnişin ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, qatardan düşərək "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.
Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə 45-50 yaş aralığında olan sərnişin təəssüf ki, az sonra vəfat edib.
Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib.
Bakı metrosunda ölüm

Könül Cəfərli
"Ölüm hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar