Bakıda “Ulduz” metrostansiyasında intihar edənin kimliyi müəyyənləşdirilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, intihar edən 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur.
***
23:07
Bakı metrosunda şəxsiyyəti məlum olmayan 20-25 yaşlı gənc özünü qatarın altına atıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Oxu.Az-a verdiyi məlumata görə, hadisə qatar “Ulduz” metrostansiyana daxil olarkən baş verib.
Nəticədə oğlan dünyasını dəyişib.
Bu səbəbdən qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.
A.M.
www.oxu.az