Bu gün axşam saatlarında Bakı Metropoliteninin Neftçilər stansiyasında metropoliten işçisi ilə vətəndaş arasında qarşıdurma yaranıb.
Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, qarşıdurmaya səbəb metropolitenin qadın işçisinin vətəndaşa qoyun deməsi olub. O da öz növbəsində bu təhqirə cavab verib və nəticədə tərəflər arasında mübahisə yaranıb.
Polis əməkdaşları hadisəyə müdaxilə edib və hər iki tərəfi sakitləşdirib.