Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakı metrosunda qatarların hərəkətində yubanma yaranıb
"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 May" stansiyasında olarkən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb".
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, metropolitenin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb:
"Stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib.
Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var".
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Yeni sədr: "Metrodan daim istifadə edəcəyəm"
- Qanlı Yanvar günü səhərə kimi işləyən qatar sürücüləri: "Metro həmin gün sığınacaq idi"
- Vüsal Aslanov: "Bakı metrosunda geri dönüş tunelləri tikiləcək"
- Vüsal Aslanov: "Dərnəgül" stansiyasından gələn qatarlar "Xətai" stansiyasına kimi hərəkət edəcəklər"
- Metropolitenin iş rejiminə dəyişikliklər ediləcək
Ən çox oxunanlar
Rəylər