Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakı metrosunda sərnişin öldü - YENİLƏNİB + FOTO
Bakı metrosunun “İçərişəhər” stansiyasında ölüm hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, faktı Trend-ə təsdiqləyən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, ölüm hadisəsi 20:59 radələrində baş verib.
Bakı sakini, 65 yaşlı Şirəliyev Əliağanın “İçərişəhər” stansiyasında eskalatora daxil olarkən vəziyyəti pisləşib:
“Vəziyyəti pisləşən Bakı sakini bir müddət eskalator üzərində oturub və nəticədə keçinib. Həkimlərin ehtimalına görə, o, infarktdan ölüb. Şirəliyevin qohumlarının dediklərinə görə, o, həm də şəkər xəstəliyindən əziyyət çəkib”.
Qeyd edək ki, ölən şəxsin meyiti aidiyyatı üzrə təhvil veriləcək.
22:01
Bu gün axşam saatlarında Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında səirnişinlərdən biri özünü qəflətən pis hiss edib.
Oxu.Az Milli.Az-a istinadən bildirir ki, 45-50 yaşlarında olan sərnişin eskalatorun qarşısında yerə yıxılıb.
Hadisə yerinə təcili yardım heyəti çağırılsa da, sərnişini xilas etmək mümkün olmayıb.
O, dünyasını dəyişib.
"Bakı" teqi üzrə xəbərlər
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib