"Bakı Metropoliteni" QSC "bənövşəyi xət"də qatarların hərəkət intervalını ilk dəfə beş dəqiqəyədək azaldıb.
Oxu.Az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.
Bildirilib ki, rəqəmsal həllərin tətbiqi, texniki tənzimləmə və optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb.
Nəticədə "Avtovağzal" - "Xocəsən" sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, "Avtovağzal" - "8 Noyabr" sahəsində isə səkkiz dəqiqədən beş dəqiqəyə endirilib.