Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakı Poladəritmə Zavodunun tüstüsü NƏFƏS KƏSİR
Bakı Poladəritmə Zavodunun atmosferə buraxdığı tüstü sakinlərin ciddi narazılığına səbəb olub.
Bununla bağlı Oxu.Az-a şikayət ünvanlanıb.
Şikayətçi bildirib ki, zavoddan havaya buraxılan qara tüstü şəhərin atmosferini zəhərləyir:
"Küləkli havada vəziyyət daha da pisləşir, nəfəs almaq belə çətinləşir. Uşaqlar və yaşlılar xüsusilə əziyyət çəkirlər".
Qeyd edək ki, faktla bağlı aidiyyəti üzrə sorğu göndərilib.
Əzizə İsmayılova
Ən çox oxunanlar