Bakının masaj salonları və hamamları araşdırılır.
Oxu.Az-ın məlumatına görə, Axar.az priton kimi fəaliyyət göstərən obyektlərin yenidən təftiş olunduğunu xəbər verir. Şəhərin mərkəzi ərazilərində aparılan əməliyyatların ardınca ətraf ərazilərdə xidmət göstərən hamam və masaj salonları da araşdırılır.
Onların lisenziyasız işləyib-işləmədiyi, əxlaqsızlıq yuvası olub-olmadığı öyrənilir. Hüquq-mühafizə orqanlarının mütəmadi olaraq keçirdiyi reydlər ilin ilk günlərində təzədən başlanılıb.
Xətai və Suraxanı rayonlarında fəaliyyət göstərən bəzi hamam, sauna, masaj salonlarında yoxlamalar həyata keçirilib. Onların arasında qanunsuz fəaliyyət göstərən və qarşısında heç bir lövhəsi, adı olmayan yerlər müəyyən edilib.
E.Ə.
www.oxu.az