Bakı-Qazax avtomagistralında piyadanı avtomobil vuraraq öldürüb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə magistral yolun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Mədətov Mahir Rəfi oğlu idarə etdiyi avtomobillə piyadanı vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerindəcə ölüb.
Hazırda ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Nazir Quliyev