Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralında, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. "Chery" markalı minik avtomobili yolu keçən qadını vurub.
Yaralanan Bakı sakini, 1968-ci il təvəllüdlü Şəhla İdris qızı Əhmədova Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər