Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb. Qeyd olunub ki, hadisə nəticəsində bir nəfər həyatını itirib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
Qeyd olunub ki, sözügedən yol-nəqliyyat hadisəsi mayın 4-də saat 11 radələrində Bakı-Qazax avtomobil yolunun 58-ci kilometrliyində, Yenicə kəndi ərazisində baş verib.
"Belə ki, Ağdaş şəhər sakini, 1976-cı il təvəllüdlü Qürbət Fikrət oğlu Pirverdiyevin idarə etdiyi "Mercedes" markalı, 99-KL-835 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Heydər Vahid oğlu Hüseygilin idarə etdiyi "Ford" markalı, 99-KE-282 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində Heydər Hüseygil hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.