Bakı-Qazax avtomobil yolunda qəza baş verib.
Report-un məlumatına görə, hadisə avtomobil yolunun Şəmkir rayonu, Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Qəzanın təfərrüatı araşdırılır.