Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakı-Quba yolunda ağır qəza: Sürücü hadisə yerində öldü
"Aprelin 18-də saat 12:20-də Bakı-Quba yolunun 29-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib".
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib.
Bildirilib ki, Fəzail Şadoğlan oğlu Cəlilovun idarə etdiyi "Hyundai Elantra" markalı, 99-BT-665 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən yolun kənarında dayanmış DAF markalı, 99-RR-219 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusuna çırpılıb.
Qəza nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü Fəzail Cəlilov aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.
"Ölüm hadisəsi" teqi üzrə xəbərlər
- Türkiyədə faciəli şəkildə ölən azərbaycanlı TIR sürücüsü kimdir? - Bəzi DETALLAR məlum oldu
- Ağsuda fəhlə FACİƏLİ ŞƏKİLDƏ öldü - Hadisənin bəzi detalları MƏLUM OLDU
- Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
- Sabirabadda 20 yaşlı qadın ölü uşaq dünyaya gətirdi
- Traktorla montyoru vurub öldürən şəxsə hökm oxundu