Bakı-Quba yolunda TIR sürücüsü olan Türkiyə vətəndaşı sükan arxasında ölüb.
APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində qeydə alınıb.
Türkiyə vətəndaşı olan 1966-cı il təvəllüdlü Orhan Yıldırım Kazım oğlu yük maşını hərəkətdə olarkən vəziyyəti pisləşib.
Sürücü yük avtomobilini saxladıqdan sonra ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər