İyunun 15-dən 16-na keçən gecə Bakının Suraxanı rayonunda xoşagəlməz hadisə baş verib. Gecə saat üç radələrində Hövsan qəsəbə sakini İsmayılov Vüqar Fikrət oğlu qarın nahiyəsinin deşilmiş yarası ilə 3 nömrəli xəstəxanaya yerləşdirilib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Suraxanı rayon polis şöbəsindən verilən məlumata görə, istintaq nəticəsində müəyyən olunub ki, içkili vəziyyətdə olan kişi özü-özünə bıçaq zərbəsi endirib. İsmayılovun hansı səbəbdən intihara cəhd etməsi məlum deyil. Hətta o özü də bunu xatırlamır.
İş üzrə araşdırma davam etdirilir.