Dövlət Statistika Komitəsinin (DSK) adından istifadə edərək 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar Bakıda əhalini siyahıya alırlar.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, mayın 11-də özlərini DSK əməkdaşı kimi təqdim edən iki şəxs Bakının Nərimanov rayonu Ağa Nemətulla və Faiq Yusifov küçələrində yerləşən mənzillərdə əhalini siyahıya alıb.
Vətəndaşlardan tərtib olunmuş blanklara ad və soyadlarını yazmalarını və imza atmalarını tələb ediblər. Bunun nə üçün həyata keçirildiyini soruşduqda onlar bildiriblər ki, bu, 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədardır.
DSK-nın mətbuat xidmətinin rəhbəri Sevda Süleymanova bildirib ki, onlarda belə məlumat yoxdur. Əhalinin siyahıya alınması ilə komitənin demoqrafiya şöbəsi məşğul olur.
Demoqrafiya şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirdilər ki, komitə 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar əhalinin siyahıya alınmasına başlamayıb:
“Bununla bağlı məlumatımız yoxdur”.