Bakı-Şamaxı yolunda baş verən avtoqəzanın təfərrüatı məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə bu gün saat 06:50-də Bakı-Şamaxı yolunun 115-ci kilometrliyində qeydə alınıb.
"Camaldin İlham oğlu Baradovun idarə etdiyi "Mercedes Vito" markalı, 99-NK-907 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi aşıb. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Bakı-Şamaxı yolunda avtomobil qəzası baş verib.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü paylaşılıb.
Bildirilib ki, qəza bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, "Mercedes" markalı mikroavtobus yol kənarına aşıb.
Hadisənin hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib.