Bakı Şəhər İcra Hakimiyyəti ötən gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 3 ünvanındakı binanın yaxınlığında ağacların dibinə naməlum şəxslər tərəfindən beton tökülməsi ilə bağlı məlumatla bağlı açıqlama yayıb.
BŞİH-dən Oxu.Az-a verilən məlumata görə, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən dərhal əraziyə baxış keçirilib.
Sözügedən acağların dibi betondan təmizlənib, ağaclara su verilib və ərazi nəzarətə götürülüb.
Rəylər