Bakı şəhər prokuroru Əziz Seyidov da bu gün Nardaranda keçirilən əməliyyatla əlaqədar qəsəbəyə gəlib.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Ə.Seyidov qəsəbədə keçirilən əməliyyat tədbirlərinin nəticələri ilə maraqlanıb.
Xatırladaq ki, bu gün günorta saatlarında daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov Nardarana gəlib.