Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakı şəhəri altı nömrəli məktəb-lisey barədə yayılan məlumatlar təsdiqini tapmayıb
Bakı şəhəri altı nömrəli məktəb-lisey barədə yayılan məlumatlarla bağlı araşdırma aparılıb.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Belə ki, yanvarın 10-da məktəbə daxil olan müraciət əsasında valideynlərin də iştirakı ilə təhsil müəssisəsində kamera görüntüləri izlənilib. Məlumatda səsləndirilən fikirlər video görüntülərdə öz təsdiqini tapmayıb.
Bununla yanaşı, ümumi təhsil müəssisəsinin psixoloqları ümumilikdə siniflə, rayon polis idarəsinin əməkdaşları isə valideynlərin iştirakı ilə hər bir şagirdlə ayrılıqda söhbət aparıb.
“Bir daha qeyd edirik ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb”, - nazirlikdən bildirilib.
Qeyd edək ki, sözügedən təhsil ocağında aşağı sinif şagirdinin 7-ci sinfin şagirdləri tərəfindən seksual hərəkətlərə təhrik edildiyi iddia olunurdu.
Rəylər