Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
20 futbol klubu Avropa Superliqasına qoşulmağa razıdır
Avropa Superliqasının sahibi olan “A22 Sports Management”in qurucularından olan Anas Laqrari 50 klubla danışıqlar aparıldığını, 20 klubun “hə” dediyini bildirib.
“Onların adlarını çəkmək istəmirəm, çünki ifşa etmək istəmirəm. Dekabrın 21-dən bəri təxminən 50 fərqli klubla danışdıq. Onlardan 20-yə yaxını layihəyə çox həvəslidirlər. Artıq yarışa başlamaq üçün kifayət qədər klubumuz var.
Biz müxtəlif klublar, azarkeş assosiasiyaları, oyunçular və gündəlik olaraq futbolla məşğul olan insanlarla müzakirələrlə məşğuluq. Bunların hamısı bizi bu layihəni daha yaxşı başa düşməyə təşviq edir, çünki alternativ təklif etmək mümkün və qanuni olduğundan iştirakçılar işləmək istəyirlər. Biz futbolu təkmilləşdirmək üçün birlikdə işləyə bilərik”, - deyə Laqrari bəyan edib.
Mənbə: championat.com
Rəylər