Bu gündən başlayan şimal-qərb küləyi paytaxt səmasını toza bürüyüb.
Oxu.Az Xəzər TV-yə məlumat verir ki, müxtəlif vaxtlarda güclənən külək tozu evlərin içinə qədər yayıb.
Küləkli-tozlu hava küçələrin təmizliyi ilə məşğul olanların işini də çətinləşdirib.
Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, toz qatı isti və quraq havalardan sonra əsən şimal-qərb küləyinin nəticəsində yaranıb. Küləkli hava isə hələ iki gün davam edəcək.
Allerqoloqlar küləkli-tozlu havalarda əsasən uşaqlarin daha çox əziyyət çəkə biləcəyini deyir.
Həkimlər toza qarşı həssas olan uşaq və böyüklərə çölə çıxarkən maska taxmağı məsləhət görür.
S.B.
www.oxu.az