Bakıda zəlzələ oldu.
Oxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla 11:05:28-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Daxil olan məlumata görə, yeraltı təkanın maqnitudası 5.4 bal, dərinliyi 84 km olub.
Zəlzələ hiss olunub.
11:20
Bakıda zəlzələ oldu.
Oxu.Az xəbər verir ki, bir neçə saniyə çəkən yer titrəyişləri Bakının mərkəzində hiss olunub.