“Səkkiz mart 2024-cü il tarixində saat 18:13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yol-nəqliyyat hadisəsilə bağlı çağırış daxil olub”.
Bu barədə TƏBİB-dən APA-ya məlumat verilib.
Bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
Xəsarət alan üç nəfər - 35 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 30 yaşlı kişi Respublika Neyrocərrahiyyə Xəstəxanasına, 25 yaşlı kişi isə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib.
20:15
Bakı-Sumqayıt yolunda avtomobil aşıb.
APA xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verib.
Nəqliyyat vasitəsi idarəetməni itirərək yolun kənarına aşıb.
Hadisə nəticəsində xəsarət alanlar var.
Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları və təcili tibbi yardım briqası cəlb edilib.
Qəza səbəbindən yolda sıxlıq yaranıb.
Həmin görüntüləri təqdim edirik:
Rəylər