Bakıda yolda peyda olan qeyri-adi avtomobil görən hər kəsin marağına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Belə ki, bir nəfər oyuncaq maşına bənzəyən nəqliyyat vasitəsi ilə əsas yola çıxıb və onu qaydalara uyğun idarə edib. Hətta təhlükəsizlik üçün dəbilqə də taxıb. Əsas maraqlı məqam - böyük adamın balaca maşına necə sığmağı olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12