Bakıda fəaliyyət göstərən London taksilərində “Wi Fi” quraşdırılacaq.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Bakı Taksi Xidməti” MMC-nin rəhbəri İlqar Qasımov deyib.
Onun sözlərinə görə, bunun üçün öncə texniki məsələlər həll olunmalıdır:
”Bakı Taksi Xidməti” MMC taksi xidmətində yeniliklərin tətbiqini nəzərdə tutur. Taksilərdə “Wi-Fi”cihazlarının quraşdırılması da bu yeniliklərdən biridir".
İ.Qasımov "Wi-Fi"ların taksilərdə tətbiqindən sonra gediş haqqının artıb-artmayacağı məsələsinə də toxunub:
“Bu layihədə gediş haqqının artımı məsələsi öz əksini tapmayıb. “Wi-Fi”ların tətbiqinin gediş haqqına təsiri olmayacaq”.
E.Ə.
www.oxu.az