"Bakı-Tbilisi qatarına bilet satışında yaranan problem saytın yüklənməsi ilə əlaqədardır".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

O bildirib ki, hazırda bilet satışı aktivdir, sərnişinlər onlayn və kassalarda yaxınlaşmaqda bilet ala bilərlər:
"Biletə tələbat böyük olduğundan yüklənmələr var və ona görə də müəyyən çətinlik yaranır. Amma buna baxmayaraq, bilet satışı davam edir".
Qaynar xətt:
(055) 224 12 12