Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakı-Xırdalan-Sumqayıt qatarında YUBANMA VAR - Səbəbi açıqlandı
"Bu gün səhər saatlarında Bakı-Xırdalan-Sumqayıt qatarındakı yubanma texniki səbəbdən baş verib".
Bunu Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev deyib.
"Texniki səbəblərdən Abşeron dairəvi marşrutu üzrə bəzi qatarların hərəkətində qısamüddətli gecikmələr olub", - deyə B.Hacıyev bildirib.
Hazırda Bakı-Xırdalan-Sumqayıt qatarı yubanma ilə paytaxta doğru hərəkət edir.
Oxu.Az xəbər verir ki, bələdçilər qatarın müəyyən səbəblərə görə gecikmə ilə hərəkət etməsi barədə məlumat yayıblar.
Gecikmənin səbəbi ilə bağlı isə hər hansı bir məlumat verilməyib.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə sorğu ünvanlanıb.
Əzizə İsmayılova
"Bakı-Xırdalan-Sumqayıt" teqi üzrə xəbərlər
- ADY: "Sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur"
- Bakı-Sumqayıt qatarının sərnişinlərinin NƏZƏRİNƏ - Sabahdan qrafik dəyişir
- Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların YENİ QRAFİKİ AÇIQLANDI
- Bakı-Xırdalan-Sumqayıt sürət elektrik qatarı niyə gec saatlara qədər sərnişin daşımır?
- ADY COP29 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək