Bakıda Qurban Səidin məşhur əsəri “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişləri başlayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, çəkiliş meydançasından fotoları “Facebook” istifadəçisi Tofiq Sadıxov paylaşıb:
“Səhər işə gələndə özümü zaman maşınında hiss etdim. Səadət sarayını keçəndən sonra gözlərimə inana bilmirdim. Bir anda ətrafımdakı binalar, insanlar, əşyalar XIX əsrə qayıtdı. Sankı zaman tunelində səyahət edib 2 əsr əvvələ düşdüm. Cins Qarabağ atları, faytonlar, XIX əsr insanları, yeni peyda olmuş və neft maqnatlarına məxsus ilk avtomobillər... Bütün bunları canlı görmək ayrı bir zövqdür...”