Paytaxt yollarında hazırda müşahidə edilən son vəziyyət açıqlanıb.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol-hər iki istiqamətdə, Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə, Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Tbilisi prospekti - şəhər istiqamətində, Rəşid Behbudov küçəsi - Xaqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq müşahidə edilir.
09:02
Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, səhər saatlarından etibarən paytaxtın Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol hər iki istiqamətində, Bakı-Sumqayıt şossesi - şəhər istiqamətində, Tbilisi prospekti - şəhər istiqamətində, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə, Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə edilir.