Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı azyaşlı xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Abidinli Emin Ənvər oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu