Ötən gün axşam saat 22:20 radələrində Bakının Suraxanı rayonu ərazisində 15 yaşlı gənc özünü yataq otağında asıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Rayon Polis İdarəsinin 31-ci polis bölməsindən verilən məlumata görə, hadisə Əmircan qəsəbəsi, T.Əmirov küçəsində baş verib.
Orada yaşayan 15 yaşlı Heybət Əziz oğlu Bağırovun asılmış meyiti yataq otağında tapılıb. Gəncin meyitini anası aşkarlayıb. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub. Lakin hələlik intiharın səbəbləri bilinmir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.