Bir neçə dəqiqə əvvəl Bakıda, Xətai rayon prokurorluğunun binası qarşısıdna ağır yol qəzası baş verib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən Mercedes Gelandewagen (qiyməti 150 min manat - 200 min dollar civarındadır - red.) markalı avtomobil qəzaya uğrayaraq, çevrilib.
Şahidlərin sözlərinə görə, qəzadan heç bir əzik olmadan çıxan Gelandewagen vaxtında əyləci basa bilməyib, qəflətən sükanı çevirib və çətinliklə də olsa qarşıdan hərəkət edən “Opel” markalı avtomobillə toquşşmadan qaça bilib. Nəticədə avtomobil prokurorluğun dəmir hasarına çırpılıb və aşıb.
Hadisə yerinə dərhal yol polisinin əməkdaşları gəlib və avtomobilin nömrələrini çıxarıblar.
Şahidlərin sözlərinə görə, adı çəkilən yer sürücülər üçün “lənətlənmiş” hesab olunur.
“Burada tez-tez qəza baş verir, hesab olunur ki, bu əraziyə giriş qadağandır. Lakin sürücülər yol nişanlarına məhəl qoymurlar” – deyə, şahid bildirib.
Faktla bağlı araşdırma aparılır.
www.oxu.az