Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə I mədən massivində qeydə alınıb.
Mübahisə zəmnində 1990-cı il təvəllüdlü Kərimov Mürvət Rafiq oğlu bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu