Bakıda 33 yaşlı kişini avtomobil vurub.
“Report” xəbər verir ki, hadisə Xətai rayonu Neapol dairəsində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Hümbətov Səlim Rövşən oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.