Xəstəliyi səbəbindən son 10 ildə evdən çıxmayıb, bu müddət ərzində səhhəti getdikcə ağırlaşıb.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda 330 kiloqram çəkisi olan və uzun illər evdən çıxa bilməyən 57 yaşlı Söhrab Seifzadənin xəstəxanaya yerləşdirilməsi üçün xüsusi əməliyyat keçirilib.
İllərdir evindən çölə çıxmayan Söhrab Seifzadənin ayaqlarının hər birinin təxminən 50 kiloqram çəkisi var.
Söhrab Seifzadə vaxtilə tikintidə rəngsaz işləyib. O, 47 yaşında olarkən Türkiyədə limfa vəzilərindən əməliyyat olunub. Əməliyyatdan sonra isə səhhətində problemlər yaranmağa başlayıb.
Son 10 il ərzində ona həyat yoldaşı qulluq edib. Cütlüyün övladı yoxdur. Həyat yoldaşı bildirib ki, Söhrab onun üçün övlad əvəzidir.